• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Göyçayda yasda kütləvi ZƏHƏRLƏNMƏ

CƏMİYYƏT

14 Iyul 2022 | 21:38 | Müəllif: Subhan Mahmudov

Göyçayda yasda kütləvi ZƏHƏRLƏNMƏ

Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub. Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib. İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026