• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

COP29

19 Oktyabr 2024 | 13:06

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

Göyçay rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, ağacəkmə aksiyası zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Göyçay şəhər, Qaraməryəm, Bığır və İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazilərindən keçən hissəsində təmizlik işləri aparılaraq oleyandr, akasiya, qarağac, küknar ağacları və gül kolları olmaqla, ümumilikdə, bu günədək 3000 ədəd ağac əkilib.

Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülür.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına, ümumilikdə, 10 min ədəd müxtəlif növ ağac və gül kolunun əkilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024