• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

DÜNYA

03 Dekabr 2023 | 09:02 | Müəllif: Subhan Mahmudov

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

2024-cü ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının məlumatında deyilir. 

Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.

Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026