• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü qar səbəbindən qeyri-iş günü elan edildi - Yunanıstanda

DÜNYA

25 Yanvar 2022 | 11:46

Güclü qar səbəbindən qeyri-iş günü elan edildi - Yunanıstanda

Yunanıstanı iflic etmiş güclü qar səbəbindən yanvarın 25-i ölkədə qeyri-iş günü elan edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə iqlim böhranı və mülki müdafiə məsələləri üzrə nazir Xristos Stilianidis brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları, təhlükəsizlik xidmətləri, Silahlı Qüvvələr, səhiyyə müəssisələri və ictimai nəqliyyatda çalışan şəxslərdən başqa bütün dövlət orqanlarının əməkdaşları işləməyəcək.

Bundan əlavə, ölkədə təhsil müəssisələri, uşaq bağçaları, uşaq mərkəzləri bağlanacaq, distant təhsil həyata keçirilməyəcək.

Özəl müəssisələrin fəaliyyəti də birgünlük dayandırılacaq. Yalnız ərzaq mağazaları, əczaxanalar və digər səhiyyə strukturları, yanğınsöndürmə məntəqələri, həmçinin pis hava şəraiti ilə mübarizə ilə məşğul olan təşkilatlar çalışacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026