• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Günəşli faciəsindən 7 il ötdü

HADİSƏ

04 Dekabr 2022 | 11:48

Günəşli faciəsindən 7 il ötdü

Bu gün “Günəşli” yatağında baş vermiş faciədən yeddi il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.

2020-ci ilin may ayında daha üç neftçinin meyiti dənizdən tapılıb.

Xatırladaq ki, qəza zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.


SON XƏBƏRLƏR

25 Aprel 2024