• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Günvurmadan necə qorunaq? - HƏKİM MƏSLƏHƏTİ

CƏMİYYƏT

14 Avqust 2023 | 17:02 | Müəllif: Qalib İbrahimoğlu

Günvurmadan necə qorunaq? - HƏKİM MƏSLƏHƏTİ

Günvurma və istivurma tablosu yay aylarında tez-tez rastlaşdığımız problemdir. Son günlər havaların daha isti keçməsi isə günvurma hallarının sayının artmasına səbəb olub. Bəs bu zaman nə etməliyik? İsti günəş şüalarından özümüzü necə qorumalıyıq?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Həbib Sahratov öncə günvurma ilə istivurmanın fərqli və oxşar əlamətlərinə aydınlıq gətirib.

Terapevt bildirib ki, günvurma ilə istivurmanın klinik baxımdan əlamətləri eynidir. Hər ikisində yüksək temperatur olur. Bədəndən xeyli miqdarda tər ifraz olunur. Dəridə quruluq, ürəkbulanması, qusma, ishal halı da bəzən müşahidə edilir:
"Günvurma birbaşa günəş şüalarının təsirindən orqanizmə bilavasitə təsir edir. istivurma isə, məsələn, isti otaqda qalın paltar geyinib uzun müddət qalanda müşahidə olunur.
Hər iki halda da 39-40-41 dərəcəyə qədər temperatur yüksələ bilir".

Bs günvurma və istivurma zamanı ilkin tibbi yardımı necə göstərə bilərik?

H.Sahratov xüsusilə vurğulayıb ki, ilkin tibbi yardım olaraq birinci növbədə xəstə günəş şüası olan yerdən uzaqlaşdırılmalıdır.

"Sərin suda çimizdirmək, bol maye qəbul etmək, yaxın bir ərazidə yerləşən tibbi muəssisəyə çatdırmaq lazımdır.
Həkim yoxladıqdan sonra isə vena daxilinə maye köçürülür. Temperaturu salmaq üçün dərmanlar verilir və s”.

Həkim deyib ki, günvurma və istivurma hallarına vaxtında müdaxilə edilməsə sağlamlığa ciddi təsir edə bilər.

Terapevtin sözlərinə görə, yay aylarında günvurmadan qorunmağın yollarından biri də odur ki, günün birinci yarısı saat 11-12-ə qədər, yaxud axşam saat 6-dan sonra dənizə üz tutsunlar. Əgər günün isti vaxtlarında dənizə gedirlərsə, suya girib sərinlənib fasilələrlə günəş vannası qəbul etmək olar: "Əgər saatlarla günəş şüası altında qalacaqsınızsa bu, günvurma ilə nəticələnə bilər.
Özümüz özümüzü qoruyub bunun qarşısını almaq məqsədi ilə günəşli havada daha diqqətli davranmalıyıq".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026