• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İran Azərbaycanla sərhədə qoşun yığıb? - AÇIQLAMA

CƏMİYYƏT

13 Sentyabr 2023 | 15:52

İran Azərbaycanla sərhədə qoşun yığıb? - AÇIQLAMA

İran səfirliyi ölkənin şimal-qərb bölgələrinə hərbi texnikanın toplanmasına dair məlumatları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilib.

Səfirlik İran silahlı qüvvələrinin qoşun və hərbi texnikasının sərhəd bölgələrinə göndərilməsi ilə bağlı yayılan video və xəbərləri təkzib edib.

“Şimal-qərb sərhəd rayonlarına (Ermənistan və Azərbaycan Respublikası) İranın silahlı qüvvələri tərəfindən hər hansı hərbi transferlər qəti şəkildə rədd edilir”, - səfirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri öz bəyanat və xəbərlərini yalnız rəsmi media və sözçülər vasitəsilə elan edir, sosial mediada yalan və qərəzli xəbərlərin yayılmasının heç bir dəyəri və etibarlılığı yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026