• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

QAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİB

CƏMİYYƏT

13 Oktyabr 2023 | 15:17 | Müəllif: Qalib İbrahimoğlu

QAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu gün 22 ailə olmaqla 62 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Böyük Qayıdış proqramı çərçivəsində Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 230 ailə olmaqla 811 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

 

07:10

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib


QAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİBQAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİBQAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİBQAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİBQAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİBQAYIDIŞ: Daha 22 ailə Füzuliyə döndü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026