• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gül toxumundan zəhərlənən qardaşlar Bakıya gətirildi

CƏMİYYƏT

13 Oktyabr 2023 | 15:35

Gül toxumundan zəhərlənən qardaşlar Bakıya gətirildi

Biləsuvar rayonunda gül toxumundan zəhərlənən qardaşlar paytaxt xəstəxanalarından birinə köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, onlara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Daha sonra müalicələrini davam etdirmək üçün paytaxt xəstəxanalarından birinə təxliyə ediliblər.

***

Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.

Qardaşlar dərhal xəstəxanaya çatdırılıb. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026