Raça kurort rayonunda dağıdıcı sürüşmə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb.
"Daha bir qurbanın meyiti, həmçinin başqa meyitin bir parçası tapılıb. İtkin düşmüş 8 nəfərin axtarışları davam etdirilir", - deyə nazirlik qeyd edib.
Qeyd edək ki, avqustun 3-də sürüşmə Raçanın Şovi kəndində sürüşmə baş verib.
















