• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyədə mədən çökdü - ölən və yaralılar var - YENİLƏNİB

DÜNYA

13 Sentyabr 2023 | 18:35

Türkiyədə mədən çökdü - ölən və yaralılar var - YENİLƏNİB

Zonquldak vilayətinin Ereyli rayonunda mədəndə baş vermiş çökmə nəticəsində 1 nəfər həyatını itirib. 

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altından 4 işçi çıxarılıb.

Səhiyyə naziri Fahrettin Koca bildirib ki, 6 yaralı var. Yaralılar xəstəxanaya çatdırılıb. Mədəndəki çökməsinə partlayışın deyil, tavanın çökməsinin səbəb olduğu bildirilir.

 

16:56

Türkiyənin Zonquldak bölgəsinin Ereğli rayonunda mədəndə çökmə baş verib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə təcili AFAD, səhiyyə, polis və xilasetmə qrupları sövq edilib.

Hadisə ilə bağlı açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, içəridə 280 nəfər var, 4-ü xəsarət alıb: “Biri sağ xilas edilib, 1 nəfər ağır yaralanıb. İki nəfərin səs eşidilir. 75 nəfərlik komanda ilə xilasetmə işlərinə başlanılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026