• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum pislənildi - Bəyanat 

SİYASƏT

17 May 2021 | 11:14

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum pislənildi - Bəyanat

Xəbər verildiyi kimi ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıya məxsus mağazanın önündə kütləvi dava baş verib. Qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan ekomiqrantlar arasında baş verib.

Bakivaxti.az xəbər verir ki, hadisə ilə bağlı  “Soydaş” İctimai Birliyi bəyanat yayıb. 

““Soydaş” İctimai Birliyi Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda etnik zəmində baş verən kütləvi qarşıdırmanı, soydaşlarımıza qarşı sərgilənən aqressiv davranışı pisləyir, insan haqlarının pozulması və bu kimi münaqişələrin davamlı hal aldığını nəzərə alaraq, məsələnin araşdırılması, müvafiq tədbirlərin görülməsi üçün əməli işə keçməsi ilə bağlı Gürcüstan hökumətinə, o cümlədən dəfələrlə tərəfsiz qalan Gürcüstan polisinə müraciət edir”,-deyə bəyanatda bildirilib.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026