• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötdü

CƏMİYYƏT

12 Fevral 2024 | 10:57

Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötdü

2023-cü ildə Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26,2% (856,7 milyon dollar) artaraq 4,1 milyard dollara çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib.

    Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873,67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1,5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1,01 milyonunu beynəlxalq turistlər təşkil edib.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2024