• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hacıqabulda 100-ə yaxın ev su altında qaldı - VİDEO

HADİSƏ

28 Iyun 2024 | 23:12 | Müəllif: Subhan Mahmudov

Hacıqabulda 100-ə yaxın ev su altında qaldı - VİDEO

Hacıqabulda 100-ə yaxın evi su basıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.

Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.

Hazırda təbii fəlakətin qarşısını almaq məqsədilə əraziyə FHN-nin və Rayon İcra Hakimiyyətinin müxtəlif təyinatlı texnikaları cəlb olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026