• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hadisə keçmiş həyat yoldaşı ilə barışır?

MƏDƏNİYYƏT

27 Dekabr 2022 | 19:43 | Müəllif: Subhan Mahmudov

Hadisə keçmiş həyat yoldaşı ilə barışır?

Türkiyəli məşhur müğənni Hadisənin sonuncu paylaşımları diqqət çəkib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının hekayə bölümündə paylaşdığı fotolarda barmağında qalmaqallara səbəb olan üzüyün olduğu gözdən qaçmayıb. Hadisəyə iş adamı Mehmet Dinçerler tərəfindən evlilik təklifi edilərkən taxılan üzüyün boşanma əsnasında saxta olduğu iddia edilmişdi. Daha sonra Hadisənin üzüyü satdığı deyilirdi. Bir neçə saat əvvəl paylaşılan arxiv şəkillərdə aksesuarın yer alması tərəflərin barışması ilə bağlı şayiələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, Hadisə ilə Mehmet sentyabrın 30-da boşanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR