• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hakan Fidan iranlı həmkarı ilə müzakirə apardı - YENİLƏNİB

DÜNYA

03 Sentyabr 2023 | 17:32 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan iranlı həmkarı ilə müzakirə apardı - YENİLƏNİB

Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə, o, Tehranda iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Suriya və Liviya kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

15:13

Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abdullahiyan İran Xarici İşlər Nazirliyində görüşüblər.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gələn Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.

Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.

Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026