• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Hansı qan qrupu COVID-19-u ağır keçirir?

CƏMİYYƏT

07 Fevral 2022 | 22:23 | Müəllif: Subhan Mahmudov

Hansı qan qrupu COVID-19-u ağır keçirir?

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Novosibirsk Dövlət Universitetinin Biotexnologiya və Virusologiya laboratoriyasının müdiri Sergey Netesov insanın qan qrupu ilə COVID-19-un şiddəti arasında aşkar edilmiş əlaqədən danışıb. 

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, alim insanın qan qrupu ilə bağlı müəyyən bir model olduğunu deyib: "Məsələn, birinci qan qrupu olan xəstələr xəstəliyə daha asan dözür, ikinci qrupun sahibləri isə koronavirusa daha çətin dözürlər. Müəyyən qanunauyğunluqların mövcudluğu hələ müəyyən edilməyib, araşdırmalar davam edir". 

Virusoloq bildirib ki, hazırda belə bir əlaqəyə konkret nəyin səbəb ola biləcəyini söyləmək çətindir. Bununla belə, interferon alfa sisteminin işləməsi ilə daha aydındır.

Xatırladaq ki, amerikalı həkimlər müəyyən ediblər ki, koronavirusun ağır gedişi ilə beynin xüsusi kanallarında qüsurlar yaranır. Bu kanallar neyrofibrilyar yumaqlarda protein yığılmasından məsuliyyət daşıyır. Alimlər COVID-19-dan ölən insanların beynini tədqiq ediblər. Onlar Alzheymer xəstəliyində baş verən neyronların tərkibində də eyni dəyişiklikləri tapıb. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026