• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Iyun 2023 | 17:02

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

İyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keşəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026