• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Həbsdə olan general əməliyyat edildi

CƏMİYYƏT

14 Iyun 2023 | 12:58

Həbsdə olan general əməliyyat edildi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.

Məlumatı generalın vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Vəkil deyib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib: “Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.

Qeyd edək ki, N.Məmmədov ötən ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda iş üzrə ibtidai istintaq davam edir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026