• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Həbsdən çıxan şəhid atası oğlu ilə son görüşündən danışdı - VİDEO

CƏMİYYƏT

11 Fevral 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

Həbsdən çıxan şəhid atası oğlu ilə son görüşündən danışdı - VİDEO

“Prezidentin tapşırığı ilə azadlığa buraxılan dörd şəhid atasından biri oldum”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində şəhid Şahgündüz Cabbarovun atası Kamil Cabbarov deyib.

Vətən müharibəsinin başlamasını da, övladının şəhidlik xəbərini də həbsdə eşidən ata oğlu ilə son görüşündən danışıb. 

“Şahgündüzlə söhbətlərimizin əsas mövzusu Qarabağ idi. Vətənə yaxşı oğul olmaq istəyirdi və bunu bacardı”, - deyə o qeyd edib.

Şəhid atası onunla birlikdə məhkumluq həyatı yaşayanların müharibənin başlamasına reaksiyasından, döyüşə getmək üçün ərizə ilə müraciət etməsindən də bəhs edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026