Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub: "Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb. Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22, Bakıda və Abşeron yarımadasında isə 28-30 m/saniyəyədək güclənib".
G.Məmmədova qeyd edib ki, müşahidə olunan küləkli və yağıntılı şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
"İyulun 27-dən 29-dək ölkə ərazisində sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftə sonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir".
















