Dadlı, təamlı qidalar arasında balıq ilk sıralardadır. Balığın qızartması, buğlaması, basdırması və s. əksəriyyət tərəfindən sevilərək istehlak edilir.
Bəs ağız dadı ilə yediyimiz bu qida növü orqanizmimizə necə təsir göstərir? Hansı xeyirli və zərərli tərəfləri var?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-dietoloq Tutu Zeynalova bildirib ki, balıq planetin ən faydalı qidalarından biridir. Balığın tərkibindəki zülal, D vitamini orqanizm üçün faydalıdır: “Bununla yanaşı orqanizm və beynimiz üçün faydalı olan Omega 3 yağ turşularının vacib mənbələrindən biridir. Balıq yeyərkən orqanizmin protein ehtiyacını da ödəmək olar".
Müsahibimizin sözlərinə əsasən, daha bir maraqlı məqam odur ki, balıq yeyən insanlarda ürək-damar xəstəliklərinin riski az olur. Belə ki, həftədə heç olmasa 2 dəfə balıq yeyən insanlarda infakt, insult riski 15% daha aşağıdır: "Balıq beynimiz üçün faydalı qida növüdür. Həmçinin balıq yeyən insanlarda xəstəliklərə yoluxma riski daha aşağıdır. Bundan əlavə, məktəblilərin beyninin inkişafı, yaddaşlarının yaxşı olması üçün balıq vermək lazımdır. Hamilələr balıq yeyərsə, uşaqları daha zəkalı olar".
Dietoloq hesab edir ki, bir məsələyə önəm vermək lazımdır. Belə ki, balığın tərkibində civə səviyyəsi yüksək olmamalıdır: "Bəzi balıqların tərkibində civə səviyyəsi yüksəkdir. Onu istifadə etmək tövsiyə olunmur. Ən faydalı balıqlar qızıl balıq, sardinya, forel, alabalıq kimi balıqlardır və olduqca faydalıdır. Həftədə ən azından 2 dəfə yemək arzuolunandır".

Tutu Zeynalova: Tərkibində civə səviyyəsi yüksək olan balıqları istifadə etmək tövsiyə olunmur
Onu da qeyd etmək lazmdır ki, balıq yeyən insanlarda depresiyaya və balıq yeyən uşaqlarda astma xəstəliyinə az rast gəlinir.
Tutu Zeynalova sonda qeyd edib ki, balıq seçərkən təbii balıqlara üstünlük vermək tövsiyə olunur. Bişirilərkən isə balığın tərkibində olan Omega 3-dən maxsimum dərəcədə faydalanmaq lazımdır.
Xəyalə Rza





jpg-1698389839.webp)







jpg-1698388908.webp)


