• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS: "Netanyahu məhbus mübadiləsini istəyəndə hazırıq"

DÜNYA

02 Sentyabr 2024 | 18:05 | Müəllif: Gülşən Şərif

HƏMAS: "Netanyahu məhbus mübadiləsini istəyəndə hazırıq"

"Qəzzada atəşkəs və məhbus mübadiləsi üçün İsraillə real danışıqlar yoxdur".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Halil əl-Hayye deyib.

 Onun sözlərinə görə hazırda real danışıqlar yoxdur. Mövcud vəziyyətdə yalnız yayınma və vaxt itkisi var:

"Netanyahun müharibəni davam etdirmək istəyir. Çünki razılaşmanın bir bədəli olacaq. Netanyahu isə bu bədəli ödəmək istəmir. Netanyahu həqiqətən də məhbus mübadiləsini istəyirsə, biz bunu dərhal etməyə hazırıq. Əslində, biz əsirlərin dəyişdirilməsi və xalqımıza qarşı müharibənin dayandırılması üçün ciddi çeviklik nümayiş etdirdik. Danışıqların pozulmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür. Biz atəşkəs elan olunmasını, əsirlərin mübadiləsini, işğalçının çıxarılmasını istəyirik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026