• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hər hansı qanun pozuntusu aşkar edilməyib - GUAM PA

CƏMİYYƏT

07 Fevral 2024 | 21:55 | Müəllif: Subhan Mahmudov

Hər hansı qanun pozuntusu aşkar edilməyib - GUAM PA

Fevralın 7-də GUAM PA-nın müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, mətbuat konfransında çıxış edən müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev nümayəndə heyətinin Sumqayıt şəhərində və Nərimanov rayonunda seçki məntəqələrində müşahidə apardığını deyib. O qeyd edib ki, prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik, prinsiplərə uyğun keçirilib.

“Səsvermə prosesində seçicilərin tam olaraq azad şəkildə səs vermələri təmin edilib. Qrupumuz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib və bizə şikayət daxil olmayıb. Bülletenlərin doldurulması prosesi şəffaf şəkildə həyata keçirilib. Seçkilər rəqabətədavamlı şəkildə baş tutub”, - deyə A. Əfəndiyev bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026