"Dövlətin qanunları var. Biz yataqxana deyilik. Zorakılıq qurbanı olan uşaqları himayə edib qanunla saxlayırıq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TikTok sosial şəbəkə platformasında canlı yayım açan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Bir izləyicisi "2 uşaqla gəldim qapınıza, məni götürmədiz, geri qaytardız" deyərək sədri ittiham edib.
K.Ağazadə isə buna cavabsız qalmayaraq, anında mövzuya aydınlıq gətirib.
"Biz boşuna bir adamı geri qaytarmarıq. Birincisi hüquq mühafizə orqanları var. Müraciət edə bilərsiz. İkincisi qohum-əqrabanız yoxdurmu? Göbələksizmi yerdən çıxasız? Sizin ən azından bir tanıdığınız ola bilər ki, gedib orda qalasız. Bura yataqxana deyil. Ancaq qanun çərçivəsində hər kəsə kömək edirik",-deyə qeyd edib.
Xəyalə Rza
















