• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hərbçilərimiz  Türkiyəyə yardım göndərdi - FOTOLAR

CƏMİYYƏT

15 Fevral 2023 | 11:41

Hərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLAR

Azərbaycan hərbçiləri və ailə üzvləri Türkiyəyə növbəti yardım göndərib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.


Hərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLARHərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLARHərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLARHərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLARHərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLARHərbçilərimiz Türkiyəyə yardım göndərdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026