• Bakı 13° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

SİYASƏT

08 Noyabr 2025 | 19:38

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif X hesabında paylaşımında yazıb.

"Azərbaycan Prezidentini və Azərbaycan xalqını Vətən müharibəsində tarixi qələbənin 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bakıda keçirilən möhtəşəm Zəfər Paradına şahidlik etmək mənim üçün böyük şərəfdir - bu parad Azərbaycanın igidliyini və birliyini nümayiş etdirir. Zəfər Paradı çərçivəsində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Biz tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq", - Şərif paylaşımda qeyd edib.


SON XƏBƏRLƏR