• Bakı 17° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Türkiyə Prezidenti: Azərbaycanın həm bölgədə, həm də bölgədən kənarda irəliləyişlərindən məmnunuq

SİYASƏT

08 Noyabr 2025 | 14:15

Türkiyə Prezidenti: Azərbaycanın həm bölgədə, həm də bölgədən kənarda irəliləyişlərindən məmnunuq

“Hazırda əldə olunan nəticələrlə Can Azərbaycanın həm bölgədə, həm də bölgədən kənarda əldə etdiyi irəliləyişdən məmnunuq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

    Türkiyə Prezidenti bildirib ki, Azərbaycanla müstəsna əlaqələr xüsusi və strateji layihələrlə hər keçən gün daha da güclənir:

    “Əsrin layihəsi Azəri-Çıraq-Günəşli başda olmaqla Bakı-Tbilisi-Ceyhan xətti, Şahdəniz və TANAP-la taclandırdığımız əməkdaşlıqlarımızı son olaraq İğdır-Naxçıvan qaz xəttinin fəaliyyətə başlaması ilə daha da möhkəmləndirdik. Hazırda bu əməkdaşlığımızı daha da inkişaf etdirməyin və tətbiq sahəsinin genişləndirilməsinə çalışırıq. Qafqazda çəkiləcək yeni marşrutlar enerjinin nəqli və ötürülməsi imkanlarını artırır. Xəzər keçidli Şərq-Qərb Orta Dəhlizi bölgədəki hərkəsin rifahı üçün investisiyalarla inkişaf etdirməliyik: “Bakı-Tblisi-Qars dəmiryolu xəttini daha yaxşı istifadə etmək üçün Azərbaycanla birlikdə addımlar atacağıq".


    SON XƏBƏRLƏR