Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “THE GREAT VICTORY. 44 DAYS. 23 HOURS. 43 MINUTES” adlı nəşr çapa hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, kitabda Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları, xalqa müraciətləri, tvitləri, xarici media nümayəndələrinə verdiyi müsahibələri, eləcə də xarici ölkələrin dövlət başçıları ilə görüşləri və birgə bəyanatları yer alır.
Nəşrdə həmçinin Zəfərdən sonra başlanan bərpa və quruculuq işləri, eləcə də 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatı barədə məlumatlar da öz əksini tapıb.
Kitab Şanlı Zəfərimizin dünya ictimaiyyətinə daha geniş tanıdılması məqsədilə ingilis dilində nəşr olunub.
Bakı 



