• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Hərbi attaşelər "Azərkosmos"u ziyarət etdilər - FOTOLAR

GÜNDƏM

28 Noyabr 2024 | 18:44 | Müəllif: Subhan Mahmudov

Hərbi attaşelər "Azərkosmos"u ziyarət etdilər - FOTOLAR

Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub.  

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.


Hərbi attaşelər "Azərkosmos"u ziyarət etdilər - FOTOLARHərbi attaşelər "Azərkosmos"u ziyarət etdilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026