• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hərbi  bazaya hücum - Xeyli əsgər öldü

DÜNYA

24 Iyul 2023 | 14:57

Hərbi bazaya hücum - Xeyli əsgər öldü

Somalinin paytaxtı Moqadişuda hərbi təlim bazasına intiharçı hücumu nəticəsində 25 əsgər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, Anadolu Agentliyinin müxbirinin yerli Müdafiə Nazirliyi rəsmilərindən aldığı məlumata görə, səhər saatlarında Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına intiharçı hücumu həyata keçirilib.

Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər isə yaralanıb.

Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Partlayışla bağlı araşdırmalara başlanılıb. Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026