Avropa İttifaqı 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə enerji böhranının içinə düşüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Qərbin müharibəyə görə tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiyanın təbii qaz kartını masaya qoymasından sonra qış mövsümü Avropa üçün çətin keçdi.
Müharibə ilə əlaqədar Rusiyadan idxalın azalması səbəbindən İttifaqın üzvü olan ölkələr alternativ təchizatçılara üz tutub. İldə, təxminən, 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var. Bu qış üçün anbarlarda doluluq 90%-dən çoxdur. Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.
Aİ Komissiyasının enerjidən məsul üzvü Kadri Simson qitənin enerji təhlükəsizliyinin ötən illə müqayisədə daha stabil vəziyyətdə olduğunu bildirib. Bununla belə, o, qaz bazarının son həftələrdə zəif qaldığına diqqət çəkib.
Bu çərçivədə normaldan daha soyuq hava şəraiti, enerji əsaslı istehsalda artan istehlak və beynəlxalq bazarlardakı inkişaflar böhrana səbəb ola biləcək amillər kimi önə çıxır. Anbarların dolması o demək deyil ki, Avropa təbii qaza ucuz çıxış əldə edəcək.
Son 10 ildə artmağa davam edən təbii qaz qiymətləri daha da arta bilər. Bunun ilk göstəricisi artıq gəlib. Hətta alternativ tədarükçülərdən biri olan Avstraliya qaz şirkətinin işçilərinin tətilə çıxması ehtimalı da qiymətləri 7 faiz artırıb. Bu, Avropanın təbii qaz istehlakı və təchizatında balansın nə qədər həssas olduğunu ortaya qoyub.
Ay Tac





jpg-1695369600.webp)








