İordaniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.
İordaniyanın Silahlı Qüvvələrinin Baş Komandanlığındakı mənbə bildirib ki, “AH-1 Cobra” helikopteri bazar ertəsi günorta ölkənin şimal-qərbində yerləşən El Belka əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Digər pilotun yaralandığı bildirilib.










jpg-1689831646.webp)




