• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

CƏMİYYƏT

22 Iyul 2024 | 15:29 | Müəllif: Əli Hüseynov

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO

Azərbaycanlı hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026