• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Hərbi qulluqçunun ölüm ilə bağlı daha bir AÇIQLAMA

HADİSƏ

01 Mart 2025 | 21:40

Hərbi qulluqçunun ölüm ilə bağlı daha bir AÇIQLAMA

Azərbaycan hərbçisinin ölümü ilə bağlı müvafiq baxışlar aparılıb, ekspertiza həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Rüstəmov Faiq Akif oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025