• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hersoqun səfəri iqtisadi-strateji münasibətlərin inkişafı baxımdan da vacibdir

SİYASƏT

30 May 2023 | 16:11

Hersoqun səfəri iqtisadi-strateji münasibətlərin inkişafı baxımdan da vacibdir

"İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-starteji münasibətlərin inkişafı baxımdan da vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun spzlərinə görə, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. Deputat qeyd edib ki, İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub: "Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb".

"İsrail Vətən Müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir. Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun", - deyə Vüqar Bayramov vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026