• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Heydər Əliyevin Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

CƏMİYYƏT

14 Mart 2023 | 09:28

Heydər Əliyevin Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

Bakıvaxtı.az  xəbər verir ki, H.Mansurov Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb. 

O, ali məktəbə qəbul  imtahanında 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.

H.Mansurov Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub, Bakı-Türk liseyinin məzunudur. O, daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətlərinə hüquq-mühafizə orqanlarında başlayan H.Mansurov bir sıra dövlət qurumlarında çalışıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026