• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan əsilli rus yazıçı vəfat etdi

CƏMİYYƏT

12 Aprel 2023 | 21:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycan əsilli rus yazıçı vəfat etdi

Rusiyalı yazıçı Eduard Bağırov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 48 yaşında Moskvada dünyasını dəyişib.

Blogger İlya Varlamovun sözlərinə görə, yazıçı son bir həftə ərzində komada olub.

Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Bağırov “Qonaq işçisi”, “Aşiqlər” və “İdealist” romanlarının müəllifi, kino yazıçısı və siyasi məsləhətçi kimi tanınır. 

2002-ci ildə Eduard Bağırov yazıçı Sergey Minayevlə birlikdə "litprom.ru" ədəbiyyat portalını təsis edib və 2005-ci ildən onun baş redaktoru olub.

Bağırov 2012-ci il seçkilərində Vladimir Putinin rəsmi nümayəndəsi olub, həmçinin 2016-cı ildə Rusiya vətənpərvərləri partiyasından Dövlət Dumasına namizədliyini irəli sürüb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026