• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Hikmət Hacıyev: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini...

SİYASƏT

21 Iyul 2024 | 11:39

Hikmət Hacıyev: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini...

Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

“Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər”, – o qeyd edib.

Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.

“Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?”, – H.Hacıyev vurğulayıb.


SON XƏBƏRLƏR

29 Oktyabr 2024