• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək

DÜNYA

21 Yanvar 2024 | 20:31 | Müəllif: Subhan Mahmudov

Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək

Hindistan hakimiyyəti qonşu Myanma ilə sərhəddə hasar çəkəcək və bu ölkə ilə sərbəst hərəkət rejimini ləğv edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hindistanın daxili işlər naziri Amit Şah bildirib.

“Narendra Modi hökuməti Hindistan və Myanma arasındakı açıq olan sərhədin, Hindistanın Banqladeşlə sərhədində mövcud olan tikanlı məftillə qorunacağına qərar verib”, - o bəyan edib.

Məlumata görə, Hindistan və Myanma arasındakı sərbəst hərəkət rejimi 2018-ci ildə tətbiq edilib. Lakin bu, üsyançı qrupların sərbəst hərəkətinə şərait yaradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026