Siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya Arktika həbsxanasında ölən oğlunun cəsədinin ailəsinə təhvil verilməsi üçün Rusiya prezidenti Vladimir Putunə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
O, videomüraciətində bildirib:
“Mən Navalnını dəfn edə bilmək üçün onun cəsədinin dərhal təhvil verilməsini tələb edirəm”.
Qeyd edək ki, cümə axşamı həbsxanada dünyasını dəyişən Aleksey Navalnının cənazəsi hələ də ailəsinə təhvil verilməyib.
Günəş Mərd
















