"Hindistan Rusiyanın Qərbdən Şərqə dönüşündən iqtisadiyyatı üçün maksimum fayda əldə etməyə çalışır".
Bakıvaxtı.az "The Indian Express"ə istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.
Onun sözlərinə görə, Rusiyanın 2022-ci ilə qədər diqqəti Qərbə yönəlib. 2022-ci ildən sonra Rusiya Asiyaya daha çox diqqət yetirib:
"Hindistan son iki ildə təkcə Rusiyadan böyük həcmdə neft deyil, həm də digər təbii sərvətlər, o cümlədən kömür və gübrələr idxal edib. Bizə texnologiya lazımdır, eyni zamanda uzunmüddətli və davamlı əsaslarla təbii ehtiyatlara çıxış lazımdır. İqtisadiyyatı təbii ehtiyatlara əsaslanan ölkələr Rusiya, Avstraliya, İndoneziya və Braziliya bizim təbii tərəfdaşlarımızdır".
Gülşən Şərif