• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hindistanda leysan yağışları; ölənlərin sayı artır

DÜNYA

18 Aprel 2022 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

Hindistanda leysan yağışları; ölənlərin sayı artır

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bakıvaxtı.az-ın xarici KİV-lərə istinadla xəbərinə görə, baş verən təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib. Məlumata görə, ümumilikdə fəlakətdən 41 mindən çox insan zərər çəkib.

Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.

Meteoroloqlar güclü leysan və tufanın növbəti beş gündə də davam edəcəyini proqnozlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026