• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hindistanlı məşhur aktyor vəfat etdi

MƏDƏNİYYƏT

13 Noyabr 2023 | 10:57 | Müəllif: Subhan Mahmudov

Hindistanlı məşhur aktyor vəfat etdi

Hindistanın veteran kinoaktyoru Çandra Mohan 78 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, o, 900-dən çox filmi ilə əfsanəvi hind artisti sayılır. O, həmçinin, seriallarda da rol alıb.

Verilən məlumata görə, Mohanın ürəyində problem olub. O, ölkənin cənubundakı Heydərabaddakı özəl xəstəxanalardan birinə aparılıb. Mohan həyatının son günlərini məhz bu tibb müəssisəsində keçirib.

Aktyorun əsl adı Mallampalli Çandrasekhara Raodur. O, 1945-ci il mayın 23-də Pamidimukkala kəndində anadan olub. Təhsilini kənd təsərrüfatı texnikumunda alıb. Aktyor 1960-cı illərdən həyatını kino ilə sıx bağlayıb.

Mohanın ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026