• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi MƏHKƏMƏYƏ VERİR

MƏDƏNİYYƏT

11 Dekabr 2023 | 12:21

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi MƏHKƏMƏYƏ VERİR

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verir.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “O üz” verilişində danışıb.

Əli Mirəliyevin illərdir ki, mərhum Xalq artisti haqqında danışdıqlarından şikayətlənən Gülbahar  Quliyeva onu məhkəməyə verəcəyini bildirib: "İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub. İlhamə Quliyeva özünə hörmət edən xanım olub. Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm, onu məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib, Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?"

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR