• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Məşhur müğənni səhnədən xəstəxanaya aparıldı

MƏDƏNİYYƏT

12 Dekabr 2023 | 10:13 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur müğənni səhnədən xəstəxanaya aparıldı

“Aşkın olayım” mahnısı ilə yayım rekordları qıran Türkiyənin məşhur müğənnisi Simge Sağın ötən axşam İstanbulda pərəstişkarları ilə görüşüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur ad konsert zamanı xəstələnib və bir müddət konsertə ara verməli olub.

Məşhur müğənni xəstəliyindən sonra sosial media hesabında səhhəti ilə bağlı bunları paylaşıb:
“Dünən gecəki konsertimdə mənə dəstək olan əziz pərəstişkarlarıma təşəkkür edirəm. Üçüncü mahnıdan sonra qəfil xəstələndim və qısa müddətə səhnəni tərk etməli oldum. Daha sonra qayıtdım, lakin simptomlarım artdıqca konserti tamamlamadan bitirməli oldum. hamınızdan üzr istəyirəm”.

Həkimlərin dediyinə görə, müğənnidə virus var.

“İndi daha yaxşı formadayam və dincəlirəm”, - deyə Simge Sağın əlavə edib.

Murad Məmmədli


Məşhur müğənni səhnədən xəstəxanaya aparıldıMəşhur müğənni səhnədən xəstəxanaya aparıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR