• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Hizbullah" Livanı müharibəyə cəlb etmək istəyir

DÜNYA

23 Oktyabr 2023 | 13:01

"Hizbullah" Livanı müharibəyə cəlb etmək istəyir

ABŞ Yaxın Şərqdə münaqişənin genişlənə  biləcəyindən narahatdır

Birləşmiş Ştatlar İsraillə radikal Fələstin hərəkatı HƏMAS arasında gedən müharibənin, digər Yaxın Şərq ölkələrinə keçə biləcəyindən narahatdır. 

Bakıvaxtı.az The Washington Post -a istinadla xəbər verir ki, "Hizbulla" təşkilatının sərhəd boyu aramsız  hücumlarına cavab olaraq İsrail hərbi hava qüvvələrinin əks həmlələrlə Livanın ərazilərini bombalaması, münaqişənin əhatəsini genişləndirə bilər.

 İsrail ordusunun podpolkovniki Conatan Konrikusun sözlərinə görə, İsrailin Livanla şimal sərhədlərində münaqişə potensialının  artması, müdafiə ordusunu "Hizbullah"a qarşı əməliyyatlar keçirmək məcburiyyətində qoyub. Livan tərəfindən atılan üç raket zərbəsinə, İsrailin müdafə ordusu artilleriya və tank atəşləri ilə cavab verib. "Hizbullah" hazırda özünü aqresiv aparmaqla Livanı da bu müharibəyə qoşmaq istəyir.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026