“Deputatların təmsil etdikləri regionların sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər irəli sürüblər. Təkliflər toplanılır və Nazirlər Kabinetinə təqdim ediləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında Maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, deputatların əvvəllər də qaldırdığı məsələlər də öyrənilib və hökumətə təklif edilib: “Hökumət bəzi məsələləri nəzərə alıb. Məqsədəuyğun hesab edilməyən məsələlər isə kənara qoyulub”.
Ramid İbrahimov
















