• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hoteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır

CƏMİYYƏT

04 May 2021 | 09:15

Hoteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır

Sumqayıtda hoteldə meyiti tapılan 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi üzrə istintaq prosesi başa çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, yanvarın 17-də saat 07:00 radələrində Sumqayıt şəhər ərazisində yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026