• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Huawei” Rusiyadakı mağazalarını bağlayır

DÜNYA

10 Iyun 2022 | 01:45 | Müəllif: Qalib İbrahimoğlu

“Huawei” Rusiyadakı mağazalarını bağlayır

Çinin smartfon istehsalçısı “Huawei” Rusiyadakı mağazalarını bağlamağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, artıq kompaniyanın 19 rəsmi satış nöqtəsindən dördü fəaliyyətini dayandırıb və bu tendensiya yaxın aylarda da davam edəcək.

Aprelin 9-da “Huawei” özünün “AppGallery” mağazasından sanksiyalara məruz qalan Rusiya banklarının tətbiqlərini silib, aprelin 12-də isə “Mir” kartları üçün dəstəyini dayandırıb (azərtac). Mayın 6-da “The Wall Street Journal” Çinin bəzi iri texnologiya şirkətlərinin rəsmi açıqlama vermədən Rusiya bazarını tərk etdiyini yazıb. Rusiyaya tədarükü azaldan kompaniyalar arasında “Lenovo” və “Xiaomi” smartfon istehsalçıları da var.

Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri mindən çox xarici kompaniya Rusiya bazarını tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026